AZ

HTŞ: Yalnız Dəməşqi almaqla qələbə qazanmaq olmaz, hədəf Hasake

HTŞ-nin başçılıq etdiyi Suriya müxalifətinin Dəməşqdə necə bir hökumət modeli quracağı bəlli olmasa da, YPG/PKK terror təşkilatının mövcudluğu ilə bağlı İsrail və ABŞ-ın açıqlamaları diqqət çəkir.

Turkustan.az xəbər verir ki, ABŞ senatoru Qrem YPG-nin Türkiyədən “qorunması” lazım olduğunu desə də, təhlükəsizlik ekspertləri terror təşkilatının nəzarətində olan Həsəkəni almadan Suriyada qələbənin tamamlana bilməyəcəyini bildirir.

Suriya Milli Ordusunun terror təşkilatı YPG/PKK-ya qarşı hərbi əməliyyatları davam edir. Nəhayət, Deyr əz-Zorda nəzarət əldə edilərkən, SNA-nın yeni hədəfinin Rakka olacağı bildirilir. Ankara isə Suriya sərhədindən “Ayn əl-Ərəb” də daxil olmaqla bütün terror ünsürlərini çıxarmağı hədəfləyir.

HTŞ-nin Dəməşqi ələ keçirməsindən sonra insanlar Suriyanın ərazi bütövlüyünün necə təmin ediləcəyini gözlərkən ABŞ və İsraildən YPG ünsürlərini qoruyacaqları barədə açıqlamalar gəlməkdədir. Son nümunə ABŞ senatoru Lindsi Grahamdır. Əvvəlki Tramp administrasiyasında da YPG ilə təmasları olan Qraham, "Türkiyə kürd qüvvələrinə qarşı hərbi əməliyyatlar apararsa, onları hədəfə alacaq sanksiyaları əvvəllər planlamışdım. Bunu yenidən etməyə hazıram"- dedi.

Aytən Yaşar/ Turkustan.az

phrase_var_article.chosen
55
turkustan.az

1phrase_var_article.sources