İFFHS 2024-cü ilin ən yaxşı futbolçusunun adını açıqlayıb.
İdman.biz xəbər verir ki, qurumun ölkələr üzrə nümayəndələri arasında keçirdiyi səsvermədə Rodri qalib gəlib.
Bir müddət əvvəl “Qızıl top”a da sahib çıxan İspaniya millisinin və “Mançester Siti”nin yarımmüdafiəçisi 191 xal toplayıb. Vinisius Junior (Braziliya, “Real”) 166 xalla ikinci, Cud Bellinqem (İngiltərə, “Real”) 62 xalla üçüncü yeri tutub.
Qeyd edək ki, ötən il mükafata “Mançester Siti”nin digər futbolçusu – norveçli Erlinq Haland layiq görülmüşdü.
İdman.biz