AZ

BMT: Suriyada hərbi əməliyyatlar başlayandan bəri 1 milyondan çox insan yer dəyişib

BMT-nin Humanitar Məsələlər üzrə Koordinasiya Ofisi (OCHA) bildirib ki, noyabrın 27-də döyüşlərin şiddətlənməsindən bəri Suriyada təxminən 1,1 milyon insan didərgin düşüb...

Poliqon xəbər verir ki, onların əksəriyyəti qadın və uşaqlardır. Təxliyyə ölkənin müxtəlif bölgələrini əhatə edib.

Qeyd edilir ki, noyabrın sonundan fəaliyyəti dayandırılan Dəməşq və Hələb hava limanları indiyədək yalnız xüsusi icazə ilə təyyarələri qəbul edib yola salmağa başlayıb.

Xatırladaq ki, müxalif qruplar noyabrın sonunda Suriyada Əsəd hakimiyyətinə qarşı mübarizəyə başlayıblar. İki həftə keçməmiş onlar Dəməşqə daxil olub ölkədə hakimiyyəti ələ keçirdilər. Bundan sonra Suriya prezidenti Bəşər Əsəd ölkəni tərk edib. O, hazırda Rusiyadadır və ona sığınacaq verilib.

Poliqon.info

Seçilən
14
poliqon.info

1Mənbələr