AZ

"Ronaldo "Qızıl topu"u məndən oğurladı" - "Real Madrid"in əfsanəsi

"Real Madrid" klubunun və Braziliya millisinin keçmiş futbolçusu Roberto Karlos 2002-ci ildə "Qızıl top"un səsverməsində ikinci yeri tutduğunu xatırlayıb. 

Fanat.Az xəbər verir ki, "Lequipe" braziliyalı veteranın dediklərini belə təqdim edib: 

“Ronaldoya demişdim ki, bu mənim "Qızıl top"umdur. Amma o, mükafatımı oğurladı. Buna baxmayaraq, müdafiəçi üçün ikinci olmaq inanılmaz nəticədir. Yalnız Bekkenbauer, Sammer və Kannavaro birinci ola bildi. Bir sözlə, ikinci yer əla nəticədir”.

Xatırladaq ki, 2002-ci ildə Braziliya millisi finalda Almaniyanı məğlub edərək (2:0) dünya çempionu olmuşdu. Ronaldo həmin matçda dubla imza atmışdı. Həmin il əfsanəvi hücumçu nüfuzlu fərdi mükafata layiq görülmüşdü. 

Mirağa

Seçilən
2
fanat.az

1Mənbələr