AZ

Dövlət Məşğulluq Agentliyi beynəlxalq müsabiqədə üç kateqoriya üzrə mükafat qazanıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi Birləşmiş Krallıqda yerləşən “Global Brands Magazine” jurnalının “Global Brands Awards” beynəlxalq müsabiqəsində üç kateqoriya üzrə uğur əldə edib.

Nazirlikdən "İki sahil"ə verilən məlumata görə, Dövlət Məşğulluq Agentliyi müsabiqənin “Ən yaxşı məşğulluğa dəstək agentliyi”, “İşçi qüvvəsinin inkişafında mükəmməllik” və “Aparıcı dövlət məşğulluq agentliyi” kateqoriyaları üzrə qalib seçilib.

Agentliyin adı qalib olaraq “Global Brand Award” müsabiqəsinin rəsmi səhifəsində də yer alıb.

Müsabiqə müxtəlif sahələrdə fəaliyyət göstərən təşkilatların uğurlu iş təcrübələrini qlobal səviyyədə tanıtmaq məqsədilə təsis edilib.

Seçilən
19
6
ikisahil.az

7Mənbələr