AZ

Vəkillər Kollegiyasına üzv olmaq üçün keçiriləcək imtahanda iştirak edən namizədlər “İmtahana buraxılış vərəqəsi”ni çap edə bilərlər

Dövlət İmtahan Mərkəzi dekabrın 18-də Azərbaycan Respublikası Vəkillər Kollegiyası ilə birlikdə  Vəkillər Kollegiyasına üzv olmaq istəyən namizədlər üçün test imtahanı keçirəcək.

 

Bu barədə AzEdu.az-a DİM-dən məlumat verilib.

Test imtahanında iştirak edəcək namizədlər “İmtahana buraxılış vərəqəsi”ni bu linkə daxil olaraq çap edə bilərlər.

Qeyd edək ki, namizəd imtahana gələrkən şəxsiyyətini təsdiq edən sənədin əslini və “İmtahana buraxılış vərəqəsi”ni mütləq gətirməlidir.

Göstərilən sənədlərdən hər hansı biri olmazsa və ya sənədlər arasında uyğunsuzluq olarsa, namizəd imtahana buraxılmayacaq. 

Seçilən
3
1
azedu.az

2Mənbələr