Hurriyyet.az "Vestnik Kavkaza" portalına istinadla xəbər verir ki, Çin Xalq Respublikasının sədri Si Cinpin Donald Trampın onu dəvət elədiyi andiçmə mərasimində iştirak etməyəcək. Tədbirdə Çini ölkənin Vaşinqtondakı səfiri ilə xanımı və Pekindən gedəcək digər rəsmi şəxslər təmsil edəcəklər. Bu barədə "CBS News" kanalı mənbələrə istinadla məlumat verib.
Prezident seçkilərinin qalibi olmuş Donald Trampın inauqurasiya mərasimi 2025-ci il yanvarın 20-də keçiriləcək.
Hürr Tərcüman