Həm məşqçi, həm də nəticələr baxımından heç cür sabitlik yaxalaya bilməyən ''Beşiktaş'' ən son Covanni van Bronkhorsta köməkçiləri ilə birlikdə 3,4 milyon avro təzminat ödəmək öhdəliyini üzərinə götürdü. Çünki niderlandlı mütəxəssis istefaya göndərildi.
Bununla da ''Beşiktaş'' XXI əsrdə Türkiyənin 4 nəhəngi arasında əcnəbi məşqçilərə ən çox təzminat ödəyən kluba çevrildi. Son məbləğ ilə birlikdə ''Qartal''ın 2000-ci ildən bu yana əcnəbi məşqçilərə verdiyi təzminat 17 milyon avroya yüksəldi!
Belə ki, buna qədər 2004/05-də qovulan Visente Del Boskeyə 8,5 milyon avro, 2006/07-də qovulan Jan Tiqanaya 3 milyon avro, 2010/11-də qovulan Bernd Şusterə 1 milyon avro, 2022/23-də qovulan Valerien İsmaelə 600 min avro, ötən mövsümün gedişində həm komandanın başına gətirilən, həm də qovulan Fernando Santuşa isə 500 min avro ödənilmişdi.
Bu göstəricidə ''Qalatasaray'' 11,7 milyon avro ilə ikinci, ''Fənərbaxça'' 10,8 milyon avro ilə üçüncü, ''Trabzonspor'' 2,6 milyon avro ilə dördüncü pillədə qərarlaşıb.
Onu da bildirək ki, Şenol Günəşin 2019-da ilk dönəminin bitməsinin ardından ''Qartal''da məşqçilər bir-birini əlcək kimi əvəzləyir. Həmin vaxtdan bu yana komandada artıq 9 baş məşqçi işləyib. İndi də 10-cu məşqçinin gəlişi gözlənilir.
ƏLİ
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta