AZ

Vaşinqtondan Kiyevə 72-ci yardım paketi

Vaşinqton Ukraynaya növbəti hərbi yardım paketini təqdim edəcəyini elan edib. 

Valyuta.Az "NTV"yə istinadən xəbər verir ki, bu paketə "PUA"lar və zirehli texnika daxil olacaq.

"Ağ Ev"in strateji kommunikasiya üzrə koordinatoru Con Kirbi (John Kirby) bildirib:
"Bu gün prezident Ukraynaya əlavə hava müdafiəsi, artilleriya, dronlar və zirehli texnikanın təqdim olunmasını nəzərdə tutan yeni təhlükəsizlik yardım paketini təsdiqlədi."

Amerika administrasiyasının nümayəndəsinin qeyd etdiyinə görə, bu, Kiyevə təqdim olunan 72-ci yardım paketidir. Onun sözlərinə görə, Vaşinqton Co Baydenin (Joe Biden) səlahiyyət müddəti başa çatana qədər Ukraynaya əlavə yardımı çatdırmağa çalışacaq.

Kirbi əlavə edib ki, bu addımlar barədə Donald Trampın (Donald Trump) komandası məlumatlandırılıb. ABŞ-ın seçilmiş prezidenti isə Ukraynanın Amerika silahları ilə Rusiyaya endirdiyi "mənasız" zərbələri tənqid edib və bunun yalnız münaqişəni dərinləşdirdiyini vurğulayıb.

Bundan əvvəl məlum olub ki, amerikalılar tərəfindən Kiyevə təqdim edilən "Abrams" tankları tam təchiz edilməyib. ABŞ bunu Ukrayna üçün həmin texnikanın "ən faydalı hissə" olmadığını söyləyərək əsaslandırıb.

Rəhim

Seçilən
13
valyuta.az

1Mənbələr