Bakı. Trend:
Konsulluqların fəaliyyəti ilə bağlı qaydalar dəyişir.
Trend xəbərverir ki, bu barədə məsələ Milli Məclisin bu gün keçiriləniclasında müzakirə edilən Azərbaycan Respublikasının KonsulNizamnaməsinə təklif olunan dəyişiklikdə öz əksini tapıb.
Layihəyə əsasən, Konsulluqlar öz fəaliyyətlərində AzərbaycanRespublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının vəqəbul edən dövlətin tərəfdar çıxdıqları beynəlxalq müqavilələri,“Diplomatik xidmət haqqında” Azərbaycan Respublikasının Qanununu,bu Nizamnaməni və Azərbaycan Respublikasının digər normativ hüquqiaktlarını rəhbər tutur, eləcə də qəbul edən dövlətinqanunvericiliyini nəzərə alır.
Qeyd edək ki, bundan əvvəl Konsulluqlar öz fəaliyyətində buNizamnaməni Azərbaycan Respublikasının və konsulluqların yerləşdiyidövlətlərin qanunlarını, beynəlxalq müqavilələri və beynəlxalqadətləri əsas tuturdu.
Müzakirələrdən sonra dəyişiklik səsverməyə qoyularaq birincioxunuşda qəbul edilib.