AZ

Çirkli avtomobil nömrələri...

Yağıslı və qarlı havalarda  yollarda hərəkət edən nəqliyyat vasitələrinin nömrələri çirkənir.

Təbii ki,  qeyri - sabit havalarda  avtomobillərin  dövlət nömrə nişanlarının çırklənməsi normalıdır. Amma o normal deyil ki, bir çox sürücülər günlərlə, həftələrlə təmizləmir və avtomobilləri çirki vəziyyətdə idarə edirlər. Bu isə birmənalı olaraq qanun pozuntusu deməkdir. Bununla yanaşı, nəqliyyat vasitələrini çirkli nömrələrlə idarə edənlər hər hansı bir hadisə törədərkən  onları axtarıb tapmaq çox çətin olur. Hətta belə  avtomobillərlə piyadanı vurub qaçanlar da  az deyil.

Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr bölməsinin rəisi, polis kapitanı Toğrul Nəsirli deyir ki, hər bir sürücü nəqliyyat vasitəsini, eləcə də onun nömrələrini  təmiz saxlamağa borcludur. Xüsusilə də yağışlı- yağmurla havalarda  avtomobillərin dövlət nömrə nişanları tez-tez çirklənir.

Ona görə də sürücülər  çirklənmiş nömrələri vaxtında təmizləməli, özləri üçün əlavə problem yaratmamalıdırlar. İnzibati Xətalar Məcəlləsində çiklı nömrələrə görə, sürücülər məsuliyyəti cəlb edilir və cərimə olunurlar.Sürücülərə bir daha tövsiyə edirik ki, idarə etdikləri nəqliyyat vasitələrinin dövlət nömrə nişanlarını təmiz saxlasın və qanunlara hörmətlə yanaşsınlar!

Emil Faiqoğlu       

Seçilən
17
adalet.az

1Mənbələr