Bütün Ukrayna ərazisinə raket hücumu edilir.
Axar.az xəbər verir ki, bu barədə Ukrayna Teleqram kanalları məlumat yayıb.
Məlumata görə, Ukraynanın bütün şəhərlərinı – xüsusiən Kiyev, Odessa, İvano-Frankovsk, Ternopol, Xmelnitsi - raket zərbələri endirilir.
Bildirilib ki, əsas hədəf Ukraynanın müxtəlif infrastruktur və energetika obyektləridir.
Əksər şəhərlərdə elektrik enerjisinin verilişi dayandırılıb. Bütün Kiyev ərazisində işıqlar kəsilib, metro stansiyalarının fəaliyyəti dayanıb.
Odessada elektrik nəqliyyatı işləmir və içməli su kəsilib.
Raket hücumunun hazırda davam etdiyi bildirilir.
Bu və gündəmdəki bir çox xəbərləri bu gün saat 11.30-da aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Canlı debat” verilişində izləyə bilərsiz. Qonağımız hərbi ekspert Üzeyir Cəfərovdur. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta