Rusların Ukraynaya hücumu davam edir
Ukraynaya hava hücumu davam edir. Bu məqsədlə Rusiya aviasiyası və donanması da “Şahed” PUA-larına qoşulub. Təxminən saat 03:23-də Olenya aerodromundan bir neçə “Tu-95 ms” havaya qalxıb. Onlar raket daşıyıcılarıdır.
Reyting.az xəbər verir ki, bu barədə Ukrayna mediası hərbi strukturlara istinadla yazıb.
Bildirilir ki, səhər saatlarında İvano-Frankivsk vilayətinə raket atılıb. Eyni zamanda Jitomir və Xmelnitski vilayətlərinə hücum olub.
Səhər saat 8:02 radələrindən Kiyev vilayətində hava hücumundan müdafiə sistemi işə başlayıb.
Ukrayna Silahlı Qüvvələri Xarkov və Donetsk istiqamətində yüksək sürətli hədəfin olduğunu bildirir.
ELÇİN