AZ

XL Bully iti tərəfindən dişlənmiş körpə ağır yaralandı

XL Bully iti tərəfindən dişlənmiş körpə ağır yaralandı

İngiltərənin Kent şəhərinin Havkinq qəsəbəsində 8 aylıq körpə XL Bully cins itin dişləməsi nəticəsində ağır yaralanıb. Hadisə ilə bağlı iki nəfər saxlanılıb.Polis çərşənbə günü saat 14.23-də Folkestone yaxınlığındakı Siskin Klosdan məlumat aldıqdan sonra hadisə yerinə gəlib. Məlumata görə, 8 aylıq körpəyə qadağan olunmuş XL Bully cinsi olduğu düşünülən it hücum edib.Əraziyə təcili tibbi yardım briqadaları göndərilib. İlkin tibbi yardımdan sonra yaralı körpə helikopterlə Londondakı xəstəxanaya aparılıb. Səlahiyyətlilər körpənin vəziyyətinin ağır olaraq qaldığını bildiriblər.Hadisədən sonra it səlahiyyətlilər tərəfindən müsadirə edilərək zərərsizləşdirilib. Bundan əlavə, hadisə ilə bağlı təhlükəli iti nəzarətsiz idarə etmək ittihamı ilə 18 yaşlı kişi və 76 yaşlı qadın saxlanılıb.Şübhəlilərin dindirilməsinin davam etdiyi bildirilib.Qeyd edək ki, 1 fevral 2024-cü il tarixindən etibarən İngiltərə və Uelsdə XL Bully tipli zorakı itə sahib olmaq azadolma sertifikatı olmadan cinayət sayılır. İt sahiblərinin heyvanlarını sterilizasiya etmək, onlara mikroçip yerləşdirmək, ictimai yerlərdə ağız və yaxalıq taxmaq kimi öhdəlikləri var.Bu qadağa Britaniya höküməti tərəfindən XL Bully itlərinin iştirak etdiyi bir sıra hücumlardan sonra tətbiq edilib.Mənbə: Independent

Seçilən
17
afn.az

1Mənbələr