AZ

Post-Əsəd dönəmində yeni Suriya STRATEGİYASI – Qətər qazının ÖNƏMİ

Əsəd rejiminin süqutu Türkiyəni regionda əsas strateji gücə çevirmək potensialına malikdir. Çünki Suriyada illərdir davam edən qeyri-sabitlik ölkənin mühüm tranzit imkanlarından istifadəni mümkünsüz etmişdi. Məsələyə dərindən baxdıqda, bir çox vacib detalları üzə çıxarmaq mümkündür.

Sabitlik təmin edildiyi təqdirdə, artıq Qətərdən başlayaraq Türkiyə üzərindən Avropaya qaz kəmərinin çəkilməsi reallaşa bilər. Çünki bu layihə həm iqtisadi, həm də geosiyasi baxımdan böyük əhəmiyyət daşıyır. Həmçinin Qətər dünyada təbii qaz ehtiyatları baxımından yalnız Rusiya və İrandan geri qalır.

Yaxşı, bəs bu illər ərzində Qətər qazını Avropaya çıxarmaq hansı tərəfin maraqlarına zidd idi? Əlbəttə ki, Avropaya qaz ixrac edən ölkələr üçün bu, mənfi nəticələr doğura bilərdi. Beləliklə, Suriyada yaranmış qeyri-sabitlikdən ən çox faydalanan məhz bu ölkələrdən biri olmuşdur ki, – bu da, əsasən, Rusiyadır.

Qısa bir xatırlatma. 2009-cu ildə Bəşər Əsədə Suriyadan keçəcək qaz kəməri layihəsi təklif olundu, lakin Putin bu planın həyata keçməsinə mane oldu. Layihəyə əsasən, kəmər Qətərdən başlayaraq Səudiyyə Ərəbistanı, İordaniya və Suriyadan keçərək Türkiyəyə çatmalı, ümumi uzunluğu isə 1500 kilometr olmalı idi. Hazırda Qətər qazı Avropaya yalnız tankerlər vasitəsilə çatdırılır, lakin bu qaz sıxlaşdırılmış formada olduğu üçün xərclər çox yüksəkdir.

Dekabrın 10-da Türkiyənin enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar hökumət iclasından sonra açıqlamasında bildir ki, əgər Suriyada sabitlik təmin olunarsa, bu qaz kəməri niyə mümkün olmasın? Onun fikrincə, layihənin reallaşması üçün təhlükəsizlik tam şəkildə təmin edilməlidir və Ankara ümid edir ki, bu, baş verəcək.

Bu layihənin həyata keçməsi üçün isə Türkiyə yalnız bir ölkə ilə razılığa gəlməlidir:

1. ABŞ, Qətərin ən önəmli strateji müttəfiqi və təhlükəsizliyinin əsas qarantıdır. Layihənin reallaşması üçün ABŞ-ın dəstəyi mühüm əhəmiyyət daşıyır;

2. Unutmaq olmaz ki, Suriyanın geniş əraziləri ABŞ-nin dəstəklədiyi qüvvələrin nəzarəti altındadır. Beləliklə, Suriyada sabitliyin əldə olunması ABŞ-nin iştirakı olmadan çətin görünür.

Son nəticədə, Əsəd rejiminin devrilməsi Rusiya və İrana ciddi zərbə vurmuşdur. Bunun əksinə olaraq, Türkiyə, İsrail, ABŞ və Avropa İttifaqı bu prosesdən birbaşa və ya dolayı yollarla fayda görmüşdür.

Rafi Müslümov

phrase_var_article.chosen
33
yenicag.az

1phrase_var_article.sources