AZ

Məşhur aktrisa sağalmaz xəstəliyə tutuldu - FOTO

Məşhur sovet aktrisası Qalina Polskixə ağciyər fibrozu diaqnozu qoyulub.



Manset.az bu barədə rus mətbuatına istinadən xəbər verir. RSFSR-in xalq artisti noyabrın sonunda sinə ağrısı və nəfəs darlığı şikayətləri ilə Botkin adına xəstəxanaya müraciət edib. Həkimlər onun ağciyərlərində dəyişikliklər aşkar edərək ona sağalmaz xəstəlik diaqnozu qoyublar. Aktrisada pnevmoniyadan sonra ağciyər fibrozu inkişaf edə bilərdi. Qeyd edək ki, Qalina Polskix "Mən Moskvada addımlayıram", "Kölgələr günorta yox olur", "Vəhşi it Dinqo", "Ailə vəziyyətinə görə" filmlərində, eləcə də “Ranetki” və “Mənim ədalətli dayəm” seriallarında rol oynayıb.

Народная

Seçilən
10
5
manset.az

8Mənbələr