AZ

Pentaqon: Rusiya "Oreşnik"dən təkrar istifadə edə bilər

Ukrayna ABŞ istehsalı olan uzaqmənzilli ATACMS raketləri ilə Rusiyanın Qara dəniz sahillərinə yaxın bölgələrdən biri olan Rostov şəhərinə hücum edib.

Turkustan.az xəbər verir ki, dekabrın 11-i axşam saatlarında həyata keçirilən hücumda 6 ədəd ATACMS raketindən istifadə edilib, 2 raket vurulub, qalan 4 raket hədəflərinə çatıb. Pentaqonun sözçüsü açıqlamasında Rusiyanın “Oreşnik” ballistik raketlərini yenidən istifadə edəcəyinə dair məlumatların olduğunu bildirib.

Rusiya daha əvvəl uzun mənzilli raketlərdən yenidən istifadə ediləcəyi təqdirdə “Oreşnik” raketindən yenidən istifadə edəcəklərini açıqlamış və xəbərdarlıq etmişdi.

Rusiyanın xəbərdarlığına uyğun məlumatlar Pentaqon tərəfindən paylaşılıb. Pentaqonun sözçüsü Sabrina Sinq verdiyi açıqlamada, "Rusiyanın yaxın günlərdə "Oreshnik" ballistik raketindən istifadə edə biləcəyi ilə bağlı məlumatlar var, lakin dəqiq bir tarix deyə bilmərəm. Üstəlik, istifadə etsələr belə, bu, oyun olmayacaq. Bu müharibədə hərəkətləri dəyişdirərək, əllərindəki bütün silahlarla Ukraynanı qorxutmağa çalışırlar, amma biz Ukraynaya, digər tərəfdarlarına da döyüş meydanında kömək etməyə davam edəcəyik"- dedi.

Aytən Yaşar/ Turkustan.az

phrase_var_article.chosen
32
turkustan.az

1phrase_var_article.sources