"Əli müəllimin fikrinə münasibət bildirmək istəyirəm. O dedi ki, keçmişdə bizə qarşı münasibətin pis olmasına səbəb, uğursuz diplomatiya fəaliyyəti ilə bağlıdır. Mən bunu bununla əlaqələndirmirəm. Bizə olan təhdidlərin altında erməni maraqları dayanır"
Redaktor.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Qüdrət Həsənquliyev deyib:
"Biz doğrudan da fəaliyyətimizi genişləndirməliyik. Xaricdə tədbirə qatılarkən orada bizim median izləmədiklərini gördüm. Onlar bizə təşvişlə bildirdi ki, bununla bağlı dili bilən əməkdaşın işə götürülməsi lazımdır".
Türkan İSGƏNDƏRLİ