AZ

Qadın ərini 360 min ödənişə məcbur etdi, eskort xidməti... - Azərbaycanda

Hüquq professoru Fərhad Mehdiyev bəzi gəncləri evliliyə yanaşmasına görə tənqid edib.

SeherXeber.org xəbər verir ki, hüquqşünas fikirlərini bir boşanma faktı üzərində izah edib:

"Təzəlikcə gənc bir cütlük boşanma şərtlərini razılaşdırmaq üçün mediatorun xidmətinə müraciət edib. 4 illik birgə həyatdan və 1 uşaqdan sonra xanım evlilikdən bezmişdi və həmin özünü xoşbəxt görmürdü. Xanım oğlanın evlilik müddəti ərzində aldığı 2 evə şərikliyini irəli sürməklə, ondan iki evdəki "payına" uyğun olaraq 360 min manat almaqla boşanmağı tələb edirdi. Oğlan da qəbul elədi. 

Evliliyə bu cür yanaşma əsl biznes adamın yanaşmasıdır. 

İlinə 90 min qazanmaq, ayına da 7500 azn + yemək və qalma xərcləri + alış-veriş xərcləri deməkdir. Yəni xanım yaxşı biznesvumendir. Oğlan isə ziyandadır. O, evlənməyib illik eskort çağırsaydı, hər il yeni eskortla görüşmək şərti ilə illik xərci 90 min deyil, 20-30 min xərci çıxardı. 

Oğlan qızı çox istəyirdi və evləri də onun adına almışdı. Deyirdi ki, "atamdan belə görmüşəm, o hər şeyi anamın adına alırdı". Amma bu səfər oğlan bu səhvi üçün çox peşman idi. 

Oğlanın 31, qızın 29 yaşı vardı. 

Yazdıqlarım sizə biraz ədəb-ərkana zidd gələ bilər, amma reallıq budur. Mənəviyyat, qanacaq, vicdan və ədaləti aradan götürüb, qanun və pul söhbəti araya girirsə, bunun nəticəsində də hər şey pula konvertasiya olunursa, o zaman hər əşyanın və xidmətin də bazar dəyəri müzakirə olunur.  

Ailə quranda həyat yoldaşı ilə, yoxsa sizə uğurlu "start-up" kimi baxan biznes insanı ilə ailə qurub-qurmadığınızı yaxşı ölçüb-biçin", -  deyə o yazıb.

Billurə Yunus

Seçilən
3
2
seherxeber.org

3Mənbələr