AZ

LGBT qanunları Maskı təzə şəhər salmağa məcbur etdi

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



İlon Maskın rəhbərlik etdiyi "SpaceX" aerokosmik şirkəti böyük dəyişikliklərə hazırlaşır. Belə ki, amerikalı milyarderi şirkətin qərargahının Kaliforniyadan Texasa köçürüləcəyini və burada Starbeyz adlı yeni şəhərin yaradılacağını elan edib.
Oxu.Az-ın verdiyi məlumata görə, bu barədə dünyanın ən zəngin insanı özünün sosial şəbəkə hesabından bəyan edib.
"SpaceX"in qərargahı indi rəsmi olaraq Texasın Starbeyz şəhərində yerləşəcək", - deyə o, "X" profilində yazıb.
Mask bununla "SpaceX" tərəfindən yerli hakimə göndərilən petisiyaya şərh verib. Sənəddə "Starbase" kosmodromunun ərazisinə şəhər statusu verilməsi xahiş olunur. Qeyd olunur ki, burada artıq şirkətin bir neçə yüz əməkdaşı yaşayır.
Qeyd edək ki, köçmək qərarı Kaliforniya qubernatoru Qevin Nyusomun LGBT hüquqlarını qoruyan məktəbləri dəstəkləyən qanunu imzalamasından sonra qəbul edilib. Mask bunu "son damla" adlandırıb və "SpaceX" əməliyyatlarını biznes üçün daha əlverişli olan Texasa köçürməyi qərara alıb.
phrase_var_article.chosen
16
1
oxu.az

2phrase_var_article.sources