Qanunsuz AXC-Müsavat hakimiyyəti dövründə vəziyyət daha da faciəvi olub. Qeyri-peşəkar və gerizəkalı Xarici İşlər Nazirliyi rəhbərliyinin fəaliyyətsizliyi nəticəsində Azərbaycan torpaqlarının işğalı ilə bağlı dünya ictimaiyyətində tamamilə yanlış fikir formalaşır.
XALQ.AZ xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında “Diplomatik xidmət haqqında” yeni qanun layihəsinin müzakirəsi zamanı parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli deyib.
“Azərbaycana qarşı sanksiyalar tətbiq olunurdu. Həmin illərdə ölkəmizin imicinə, yarıtmaz xarici siyasət nəticəsində çox ciddi və aradan qaldırılması üçün uzun illər lazım gələcək zərərlər yetirildi”, – deyə komitə sədri bildirib.
“Nəyinki dünya ölkələri, hətta region dövlətləri ilə – Trükiyə, Rusiya və İran münasibətlər anlaşılmaz səviyyə gətirilib çıxarılmışdı.Bütün bu faciələrin fonunda həmin dövrdə Naxçıvanda rəhbərlikdə olan Heydər Əliyev isə yüksək diplomatiya nümayiş etdirərək heç bir konflikt yaratmadan Sovet qoşunlarının Naxçıvandan çıxarılmasına nail olub, Türkiyə və İranla dostluq, mehriban qonşuluq münasibətləri yaradaraq Naxçıvanı da işğladan xilas etdi. Heydər Əliyevin Azərbaycana rəhbərliyə qayıdışı ilə müstəqil Azərbaycanın xarici siyasətində dönüş yaradıldı, müasir diplomatiyanın, diplomatik xidmətin əsası qoyulmuş oldu, – komitə sədri əlavə edib.