Əməkdar artist Firdovsi Atakişiyev oğlu ilə bağlı paylaşım edib.
OLAY yazır ki, aktyor övladının fotolarını sosial şəbəkə hesabında yayımlayaraq onun doğum günü olduğunu bildirib.
Atakişiyev oğlunu bu sözlərlə təbrik edib:
“Ad günün mübarək, oğlum. Sən mənim böyük sevgimdən qalan ən dəyərli yadigarsan. Xoşbəxtliyimin səbəbisən.Hər zaman Allahın himayəsində ol. Səni sevirəm”, - deyə F.Atakişiyev paylaşımına yazıb.
Qeyd edək ki, Firdovsi Atakişiyev həyat yoldaşı Xalq artisti İranə Tağızadə ötən il dünyasını dəyişib.