AZ

İsrail Suriyada möhkəmləndiyi ərazilərdə qalacaq

İsrail Suriyada işğal etdiyi bufer zonada qalmağa davam edəcək.

AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, bu barədə İsrailin müdafiə naziri Yisrael Katz göstəriş verib.

Bununla əlaqədar olaraq Katz orduya qış aylarında Hermon dağında işğal olunmuş bufer zonada qalmaq üçün lazımi hazırlıqları görməyi tapşırıb.
 
Daha əvvəl tampon bölgədəki işğalın müvəqqəti olacağını deyən Katz \"Hermon dağını ələ keçirməyimiz Suriyada baş verənlərə görə böyük təhlükəsizlik əhəmiyyəti daşıyır və hər şeyin hazırlığını təmin etmək lazımdır. İsrail ordusunun bölgədə olması və əsgərlərin çətin hava şəraitində orada qalması üçündür” - deyə bildirib.

Ayrıca, Katz Suriyadakı vəziyyəti qiymətləndirmək üçün dünən Baş Qərargah rəisi Herzi Halevi və digər rəsmilərlə görüşüb.

Mikayıl
Seçilən
25
azxeber.com

1Mənbələr