“Dolma bişirməyi yaxşı bacarıram”.
OLAY yazır ki, bu sözləri Azərbaycana 2011-ci ildə “Avroviziya” sevinci bəxş edən müğənni Nigar Camal “Sabahın xeyir Azərbaycan!” verilişinə müsahibəsində deyib.
Sənətçi bildirib ki, ev işləri ilə məşğul olmağı çox sevir:
“Ev işlərini görməyi çox sevirəm. Ümumiyyətlə, evdə oturmaqdan xoşum gəlir. Evdə yemək bişirməyi sevirəm. Bu mənə rahatlıq və xoşbəxtlik bəxş edir”.