İngiltərədə həddindən artıq veqan pəhriz tətbiq edərək 3 yaşlı oğlunun ölümünə səbəb olan və daha sonra meyitini evlərinin bağçasında basdıran cütlük ağır həbs cəzasına məhkum edilib.
Publika.az xəbər verir ki, Tai və Naiyahmi Yasharahyalah səhhətində ciddi problemlər olmasına baxmayaraq oğulları Abiyanı müalicə etməyiblər.
2020-ci ildə yalnız qoz-fındıq, kişmiş və soya südü ilə qidalanan Abiya tənəffüs yolu xəstəliyindən dünyasını dəyişib.
Uşağın meyitini 8 gün evdə saxlayan cütlük daha sonra bağçalarında 80 santimetr dərinlikdə quyu qazaraq, onu olan basdırıblar.
Bir müddət sonra məlum olub ki, cütlük uşağın meyiti ilə bağlı həqiqəti gizlədiblər.