AZ

Onlar da əmək pensiyası alacaq

Minatəmizləyənlər əmək pensiyası ilə təmin olunacaqlar.

Publika.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirə edilən “Minatəmizləmə fəaliyyəti haqqında” Qanun layihəsində öz əksini tapıb.

Layihəyə əsasən, minatəmizləyənlərin pensiya təminatı “Əmək pensiyaları haqqında” Qanuna uyğun olaraq həyata keçiriləcək.

Həmçinin, minatəmizləmədə istifadə olunan xüsusi təyinatlı nəqliyyat vasitələri operativ nəqliyyat vasitələri hesab ediləcək.

Bu, “Yol hərəkəti haqqında” Qanuna təklif olunan dəyişiklikdə öz əksini tapıb.

Seçilən
6
12
publika.az

10Mənbələr