Rusiya bu gün enerji infrastrukturumuzu 93 raket və 200 ədəd pilotsuz uçuş aparatı ilə hədəfə alıb.
APA-nın məlumatına görə, bunu “Telegram” kanalında Ukrayna prezidenti Vladimir Zelenski yazıb.
Ukrayna lideri qeyd edib ki, raketlərin 81-i vurulub. Onların zərərsizləşdirilməsində “F-16” qırıcılarından istifadə olunub.
O bunu energetika sahəsinə ən genişmiqyaslı zərbələrdən biri adlandırıb.