AZ

Koroğlunun Dəməşq səfəri... - 12 il sonra Türkiyə səfirliyi fəaliyyətini bərpa etdi...

Türkiyə-Suriya münasibətlərində tarixi günlər yaşanır. Türkiyənin Dəməşqdə 12 il əvvəl bağlanan səfirliyi yenidən fəaliyyətə başlayır.

Sitat.info xəbər verir ki, Burhan Koroğlu Dəməşq səfirliyinin müvəqqəti işlər vəkili təyin edilib.

Dəməşqdə diplomatik nümayəndəliklərin cəmləşdiyi Ravda Meyda yaxınlığında yerləşən Türkiyə səfirliyi rejimin dinc nümayişçilərə qarşı zorakılığa əl atdığı dövrdə bir müddət xidmət göstərməyə davam etmiş və 26 mart 2012-ci il tarixindən fəaliyyətini dayandırmışdı.

12 il sonra Əsəd rejiminin devrilməsi ilə Türkiyə Dəməşqdə diplomatik addım atdı. Türkiyənin Nuakşotdakı səfiri Burhan Köroğlu “Dəməşq səfirliyinin müvəqqəti işlər vəkili” vəzifəsinə təyin edilib. Xarici işlər naziri Hakan Fidan səfir Koroğluna yeni vəzifəsi barədə məlumat verib.

Əslində Türkiyə ilə Suriya arasında diplomatik əlaqələr texniki baxımdan heç vaxt kəsilməyib. Faktiki olaraq Suriyanın İstanbuldakı Baş Konsulluğu fəaliyyətini davam etdirirdi. Türkiyə müvəqqəti işlər vəkili təyin edərək Dəməşq səfirliyini yenidən aktivləşdirib. 

Seymur,

Sitat.info

 

phrase_var_article.chosen
45
16
sitat.info

10phrase_var_article.sources