“Biz sizinlə sülh istəyirik, siz də bizimlə sülh istəyirsiniz. Amma siz sizi özünə tabe edən və bizi təhdid edən bir rejimin hakimiyyəti altında əziyyət çəkirsiniz. Bilirsinizmi bu rejim həqiqətən də sizdən - İran xalqından qorxur”.
“AzPolitika” xəbər verir ki, bunu İsrailin Baş naziri Benyamin Netanyahu “X” hesabındandan “İran xalqına mühüm mesaj” başlığı altında yayımladığı videomüraciətdə bildirib.
Netanyahu İranın “azad ola biləcəyinə” ümid etdiyini bildirib.
İranın Suriyada Bəşər Əsəd hakimiyyətini dəstəkləmək üçün 30 milyard dollardan çox pul xərclədiyini ifadə edən Netanyahu sözlərinə bu cür davam edib:“Sizin zalımlarınız Qəzzada HƏMAS-ı dəstəkləmək üçün milyardlar xərcləyib. Bu gün onların rejimi xarabalığa çevrilib. Livan üçün isə 20 milyard dollardan çıx vəsait xərclənilib. Amma bir neçə həftə ərzində Hizbullah liderlərinin əksəriyyəti, onların raketləri və minlərlə terrorçusu dumana qərq oldular”.
Netanyahu son aylarda iranlılara ünvanladığı üçüncü videomüraciətində bu gün Yaxın Şərqdəki yeni reallığın “zəncirvari reaksiya”dan qaynaqlandığını bildirib və əlavə edib: “HƏMAS-ın və Nəsrullahın vurulması, Hizbullahın məhv edilməsi İran rejiminin terror oxuna vurduğumuz zərbələrdir. Bütün bunlar, Trampın da bu həftə qeyd etdiyi kimi, “İsrail və onun müharibədəki uğurları sayəsində” baş Verdi”.
“AzPolitika.info”