AZ

Azərbaycanın diplomatik xidmət orqanlarının tabeliyində müəssisələr yaradıla bilər

Bakı. Trend:

Azərbaycanın diplomatik xidmət orqanlarının tabeliyində təhsil,elmi tədqiqat və mədəniyyət müəssisələri, eləcə də digər hüquqişəxslər yaradıla bilər.

Trend-inxəbərinə görə, bu barədə məsələ Milli Məclisin bu gün keçiriləniclasında müzakirəyə çıxarılan “Diplomatik xidmət haqqında” yeniqanun layihəsində əksini tapıb.

Layihəyə əsasən, diplomatik xidmət orqanlarının vahid sisteminədaxil olan orqanların, onların tabeliyində yaradılan qurumlarınhüquqi statusu ilə bağlı məsələlər müvafiq normativ hüquqi aktlarlatənzimlənəcək. Azərbaycanın diplomatik nümayəndəlikləriKonstitusiyaya uyğun olaraq, müvafiq icra hakimiyyəti orqanınınmüəyyən etdiyi orqanın (qurumun) təqdimatı ilə Milli Məclis,Azərbaycan konsulluğu isə müvafiq icra hakimiyyəti orqanınınmüəyyən etdiyi orqan (qurum) tərəfindən təsis edilir.

Müzakirələrdən sonra dəyişiklik səsverməyə qoyularaq birincioxunuşda qəbul edilib.

Seçilən
0
1
az.trend.az

5Mənbələr