Bakı. Trend:
Azərbaycanda xurma bağlarının hər hektarına görə fermerlərə 3000manat birdəfəlik əkin subsidiyası veriləcək.
Kənd Təsərrüfatı Nazirliyindən Trend-ə verilən məlumata görə, xurmaistehsalını və ixracını artırmaq məqsədilə dövlət tərəfindən xurmabağlarının salınması subsidiyalaşdırılır.
Bildirilib ki, Aqrar Subsidiya Şurasının qərarına əsasən, 1sentyabr 2024-cü il tarixindən 2025-ci il mayın 31-dək MərkəziAran, Şəki-Zaqatala, Qazax-Tovuz və Qarabağ iqtisadi zonalarındasalınacaq xurma bağlarının hər hektarına görə fermerlərə 3000 manatbirdəfəlik əkin subsidiyası ödəniləcək.
Qeyd olunub ki, bu subsidiya növü ən azı 2 hektarda salınmış,hər hektarda damcı suvarma sistemi quraşdırılmış, hektar üzrə ənazı 650 ting əkilmiş xurma bağlarına şamil edilir.