AZ

Polad Bülbüloğlu diplomatların maaşından danışdı

"Mən 18 il Rusiya kimi çətin və böyük bir ölkədə səfir olmuşam".

Bakıvaxtı.az xəbər verir ki, bunu deputat Polad Bülbüloğlu Milli Məclisin bu gün keçirilən plenar iclasında “Diplomatik xidmət haqqında” yeni qanun layihəsinin müzakirəsi zamanı bildirib.

Bildirib ki, qanun layihəsi 20 ildə yığılan problemləri həll edir və diplomatların xaricdə işləməsi üçün stimul verir:

"Təxminən 1 il öncə diplomatların maaşları xeyli artıb. Buna görə də İlham Əliyevə təşəkkürü bildirirəm. Vəziyyət ildən-ilə yaxşılaşır. Bu qanun layihəsi ilə diplomatlara daha yaxşı imkanlar təqdim edilir".

Mina Mikayılova

Seçilən
35
1
bakivaxti.az

2Mənbələr