AZ

Bakının bu küçələrində binalar söküləcək - 38 milyon manat ayrıldı

Bakı şəhəri Yasamal rayonu ərazisində yeni parkın salınması məqsədilə ətraf mühitin abadlaşdırılması və köhnə tikililərin sökülməsi işlərinə start veriləcək.

SeherXeber.org xəbər verir ki, BAKU.WS-in əldə etdiyi məlumata görə, Mərkəzi Parkın davamı olaraq planlaşdırılan bu layihə S.Tağızadə, A.Şaiq və N.Aşurbəyova küçələrini əhatə edəcək.

Layihənin icrası ilə bağlı tender müsabiqəsi elan edilib. Bakı Şəhər Əsaslı Tikinti və Təmir MMC tərəfindən təqdim olunan müsabiqədə ümumi büdcə 38 milyon manat olaraq göstərilib. Tender sənədində qeyd olunur ki, ərazidə kərpicdən tikilmiş yaşayış binaları söküləcək, inşaat tullantıları xüsusi texnika vasitəsilə ərazidən daşınacaq və torpaq işləri həyata keçiriləcək.

Bundan əlavə, layihə çərçivəsində qayalıq qruntların yumşaldılması, torpağın hazırlanması və parkın salınması üçün zəruri şəraitin yaradılması nəzərdə tutulub. Bu işlər yeni parkın təməli üçün mühüm əhəmiyyət kəsb edir.

Qeyd edək ki, tender sənədində göstərilən işlərin 2024-cü ilin sonunadək yekunlaşdırılması planlaşdırılır. Layihə başa çatdıqdan sonra paytaxt sakinləri və qonaqlar üçün daha bir istirahət məkanı yaradılacaq.

Yeni parkın şəhərin ekoloji mühitinə və sakinlərin sosial həyatına müsbət təsir edəcəyi gözlənilir. Layihənin icra prosesi ilə bağlı əlavə məlumatlar yaxın günlərdə açıqlanacaq.

Seçilən
7
25
seherxeber.org

10Mənbələr