Mövcud tikinti obyektinin torpaq sahəsində (tikinti sahəsi istisna olmaqla) yaxud fərdi yaşayış evinin həyətyanı torpaq sahəsində elektrik mühərrikli nəqliyyat vasitələri üçün yerləşdirilən enerji doldurucularının yerləşdirilməsinə icazə tələb olunmayacaq.
"Unikal" xəbər verir ki, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirə edilən “Şəhərsalma və Tikinti Məcəlləsi”nə təklif edilən dəyişiklikdə əksini tapıb.
Dəyişikliyə əsasən, tikintisinə icazə tələb olunmayan tikinti obyektlərinin siyahısı genişlənir.
Müzakirələrdən sonra dəyişiklik səsverməyə qoyularaq birinci oxunuşda qəbul edilib.
Anar Kəlbiyev