AZ

Əsədi devirən HTŞ lideri İbrahim Kalına sürücülük etdi - VİDEO

Xəbər verdimiz kimi, Türkiyə Milli Kəşfiyyatının rəhbəri İbrahim Kalın Suriyanın paytaxtı Dəməşqə gedib.

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki,  səfər çərçivəsində Kalın Əməvi məscidini ziyarət edib. 

Ziyarət zamanı Kalının sürücüsü diqqət çəkib. Belə ki, MİT rəhbərinin sürücüsü Suriyada Bəşər Əsəd rejimini devirən “Heyət Təhrir əl-Şam” (HTŞ) qruplaşmasını lideri Əbu Məhəmməd Kolanin olduğu ortaya çıxıb. "Ahmet Şaraa" kimi də tanınan Kolani MİT rəhbərini məscidə daha sonra isə şam yeməyinə şəxsən aparıb. 

Qeyd edək ki, Türkiyə Milli Kəşfiyyat İdarəsi İbrahim Kalının səfəri ilə bağlı açıqlama verməyib.

Gülayə Mecid 

Seçilən
14
1
unikal.az

2Mənbələr