AZ

Çörək zavodunda iş yoldaşını qətlə yetirdiyinə görə ağır cəza aldı

"Bakıxanov" çörək zavodunda iş yoldaşını qətlə yetirməkdə təqsirləndirilən Elşən Məmmədovun cinayət işi üzrə məhkəməsində məhkəmə istintaqı sona yetib.

"Unikal"ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Cavid Hüseynovun sədrliyi ilə keçirilən növbəti prosesdə sənədlərin tədqiqinə başlanılıb.

Məhkəmə Psixoloji Ekspertiza təqsirləndurilən Elşən Məmmədovda hər hansı psixi xəstəlik aşkar etməyib. Sonra vəkilin şifahi vəsatəti ilə Elşən Məmmədovun ibtidai istintaqda verdiyi ifadəsini elan edib. Məlum olub ki, mərhum Elşənlə mübahisə edən zaman  "sənin nəslində kişi yoxdur" ifadəsi işlədib. Məhkəmə yerində müşavirə edərək məhkəmə istintaqının yekunlaşması ilə bağlı qərar qəbul edib və çıxış üçün sözü dövlət ittihamçısı Vüsal  Mehrəliyevə verib. Dövlət ittihamçısı çıxışında bildirib ki, Elşən Məmmədov dini şəxsləri tənqid etdiyinə görə Etibarın ona irad bildirməsi sonda ölümü ilə nəticələnib. Dövlət ittihamçısı Elşən Məmmədovun 18 il müddətinə azadlıqdan məhrum edilməsini təklif edib. Sonra çıxış üçün söz zərərçəkmişin hüquqi varisi Tahir Salamzadəyə verilib. O, təqsirləndirilən şəxslə barışmadığını və ona ən ağır cəzanın verilməsini məhkəmədən xahiş edib. Təqsirləndirilənin vəkili İlham Qədirov isə müvəkkilinə ibtidai istintaq vaxtı verilən maddə düzgün tövsif edilməyib: "Elşən Məmmədova 120.1-ci (qəsdən adam öldürmə) maddə ilə cəza verilməlidir".

Hakim son söz üçün Elşən Məmmədova söz verib. Təqsirləndirilən şəxs son sözündə vəkili ilə razı olduğunu bildirib.

Hakimlər müşavirədən qayıtdıqdan sonra hökm elan edilib. Hökmə əsasən təqsirləndirilən şəxs Elşən Məmmədov Cinayət Məcəlləsinin 120.2.2-ci maddəsi ilə təqsirli bilinib 17 il müddətinə azadlıqdan məhrum edilib. 

Qeyd edək ki, hadisə bu ilin aprelində paytaxtın Sabunçu rayonunda qeydə alınıb. Belə ki, Bakıxanov qəsəbəsində 1990-cı il təvəllüdlü Etibar Salamzadə işlədiyi "Bakıxanov" çörək zavodunda iş yoldaşı Elşən adlı şəxslə mübahisə edib. Daha sonra hər iki tərəf zavoddan çıxaraq küçədə əlbəyaxa dava ediblər. Elşən Məmmədov Etibar Salamzadəyə 2 bıçaq zərbəsi endirib. Yaralı Etibar Salamzadə xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.

Elşən Məmmədov hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən şübhəli şəxs qismində saxlanılıb. Ona qarşı Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.

Seymur Əli

Seçilən
6
1
unikal.az

1Mənbələr