Azərbaycanda diplomatların maaşları xeyli artırılıb.
Modern.az-ın məlumatına görə, bunu Milli Məclisin Mədəniyyət komitəsinin sədri Polad Bülbüloğlu parlamentin bugünkü plenar iclasındadeyib.
O qeyd edib ki, diplomatik xidmət haqqında yeni qanun barədə kifayət qədər danışılıb, ətraflı məlumat verilib.
"18 il Rusiya kimi böyük və çətin ölkədə səfir kimi çalışmışam. Bu işin içində olan adam kimi deyə bilərəm ki, bu qanun çox gözlənilirdi. 20 ildə bir sıra problemlər yığılıb. Yeni qanun bu problemlərin müəyyən hissəsini aradan qaldırır. Eləcə də diplomatlarımızın səmərəli işləməsinə töhfə verəcək. Prezidentimizə təşəkkür edirəm, ötən il diplomatlarımızın maaşı xeyli artrılıb. İndiki XİN rəhbərliyi diplomatlarımızın problemləri ilə məşğul olur. İndi isə diplomatların problermlərinin aradan qaldırılması tam qanuni olaraq öz əksini tapacaq”.