AZ

Şükufə Yusupovanın oynadığı monotamaşanın premyerası olacaq

Dekabrın 18-i Azərbaycan Dövlət Akademik Musiqili Teatrında yazıçı-dramaturq Ülviyyə Heydərovanın “İnanıram” monopyesi rejissor Leonid Kletsin quruluşunda təqdim olunacaq.

Kulis.az xəbər verir ki, “Şöhrət” ordenli Xalq artisti Şükufə Yusupovanın oynadığı psixoloji dramda oğlunu müharibədə itirmiş tənha ananın obrazı canlandırılır.

Dünyanın ümumbəşəri problemi olan müharibə və onun bir qadının taleyinə sarsıdıcı təsirinin obrazlı şəkildə təsvir olunduğu tamaşada həm də xatirələrə sığınan ananın vətən sevgisi, övlad məhəbbəti xüsusi həssaslıqla diqqətə çatdırılır.

Qeyd edək ki, səhnə əsərinin quruluşçu rəssamı Vüsal Rəhim, musiqi tərtibatçısı və səs rejissoru Məhəmməd Məmməmdov, videoqrafı Murad Həsənov, rejissor assistenti Zaur Əliyevdir.

Seçilən
4
1
kulis.az

7Mənbələr