AZ

ABŞ mətbuatının yazdığına görə, Tramp İrana qarşı hərbi hücum variantını nəzərdən keçirə bilər

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın formalaşdırdığı kabinetin iqtisadi təzyiqlərin Tehranın nüvə proqramına nəzarət etmək üçün yetərli olmaya biləcəyini qiymətləndirdiyi və hərbi hücum variantını da gündəmə gətirdiyi bildirilib.

AZXEBER.COM Qərb mediasına istinadən xəbər verir ki, ABŞ-ın \"Wall Street Journal” qəzetinin mövzu ilə bağlı məlumatlı mənbələrə əsaslanaraq verdiyi xəbərə görə, Trampın komandası hərbi güclə birlikdə güclü iqtisadi sanksiyalar tətbiq edərək İranı çəkindirmək və nüvə proqramını çökdürmək üçün \"maksimum təzyiq 2.0” strategiyasını həyata keçirməyi düşünür. 

Xəbərdə Trampın ilk prezidentlik dövründə İrana qarşı hərbi güc tətbiq etməkdən yayındığı, bölgədə baş verən dramatik dəyişikliklər, xüsusilə də İsrailin son aylarda İranın vəkil etdiyi Hizbullaha ciddi ziyan vurması nəticəsində bu münasibətin dəyişdiyi qeyd edilir.
 
Bununla yanaşı Suriyada Bəşər Əsədin devrilməsinin yenidən qiymətləndirildiyi də qeyd edilib.

Qəzetin mənbələri ABŞ-ın əvvəlcə İrana qarşı bölgəyə daha çox qüvvə, gəmi və döyüş təyyarəsi göndərə biləcəyini, həmçinin \"bunker deşən” bombalar satmaqla İsrailin hücum imkanlarını gücləndirə biləcəyini qeyd edib.
 
Gülay
Seçilən
9
1
azxeber.com

2Mənbələr