Çin lideri Trampın andiçmə mərasimində iştirakdan imtina edib
Çinin dövlət başçısı Si Cinpin ABŞ-nın yeni prezidenti Donald Trampın dəvət etdiyi andiçmə mərasiminə qatılmayacaq.
Reyting.az xəbər verir ki, bu barədə məlumatı "CBS News" telekanalı dekabrın 12-də Çin liderinin planları ilə tanış olan yerli mənbələrə istinadla yayıb.
2025-ci il yanvarın 20-də baş tutacaq andiçmə mərasimində Çin səfirinin və xanımının iştirakı gözlənilir. Digər çinli rəsmi şəxslər də onlara qoşula bilər, lakin Si Cinpin tədbirə qatılmayacaq.
"CBS News" bildirir ki, Çinin rəhbəri diplomatik kanallardan kənarda göndərilən bu dəvəti "həm Pekini, həm də ABŞ müttəfiqlərini təəccübləndirən" jest kimi qəbul edib.
Oqtay QORÇU