AZ

Bakıda bir çox binaların zirzəmiləri su ilə doludur - Qüdrət Həsənquliyev

Bakıda bir çox binaların zirzəmiləri su ilə doludur. Bunu Milli Məclisin deputatı Qüdrət Həsənquliyev deyib.  
 
"Bakıya yağan yağış zamanı məlum oldu ki, bir çox sənədi olmayan evlər var, hansı ki, həmin evləri su basıb. Eləcə də Bakıda bir çox binaların zirzəmiləri su ilə doludur. Müraciət də etmişik. Amma vəziyyəti aradan qaldırmaq mümkün deyil. Bəzi binaların isə girişi yoxdur. Binaların özəl tikinti şirkətlərinə verilməsinə ehtiyac var. Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev bildirib ki, Bakıda 200-dən çox qəzalı bina var və bu istiqamətdə işlər görülür. Bildirmək istəyirəm ki, bu işlər olduqca ləng görülür", - deputat Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsinə münasibət bildirkən deyib. 
 
Bir gün əvvəl  Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev bildirib ki, hazırda Bakıda 200-dən çox qəzalı bina var. Hazırda həmin binaların mərhələli bərpası nəzrdə tutulub. İndiyədək isə bu kateqoriyadan 600 ailənin evi təmir olunaraq təhvil verilib. 
 
Gülnar Nazimqızı 

www.anews.az
Seçilən
27
anews.az

1Mənbələr