İsrail Qəzzada qaçqın düşərgəsinə raket zərbəsi endirib.
“Cebheinfo.az” Anadolu Agentliyinə istinadən xəbər verir ki, İsrail Hərbi Hava Qüvvələrinin Qəzza zolağının mərkəzində yerləşən Nuseyrat qaçqın düşərgəsinə hücumu nəticəsində 33 nəfər həlak olub, 84 nəfər isə yaralanıb. Qəzzada fəaliyyət göstərən yerli medianın məlumatına görə, həlak olanlar arasında qadınlar, uşaqlar və qocalar çoxluq təşkil edir.
“Hücum nəticəsində dağılan evlər məcburi köçkünlərin məskunlaşdığı çoxsaylı yaşayıış binaları olub”,- deyə açıqlamada bildirilib.
Yerli media Qəzzada xəstəxanalar və tibbi xidmət göstərən mərkəzlərin də hədəfə alındığını da bildirib. Qeyd edək ki, İsrail ordusunun Qəzzada hərbi əməliyyatları davam edir. Son on dörd ayda davam edən hücumlar nəticəsində bir çox yaşayış məskənləri, mülki obyektlər, məscidlər, kilsələr və xəstəxanalar darmadağın edilib.
Rəsmi rəqəmlərə görə, İsrailin Qəzzada hərbi əməliyyatları nəticəsində 44.800-dən çox dinc sakin həlak olub. Beynəlxalq Ədalət Məhkəməsi İsrailin Qəzzada hərbi əməliyyatlarını soyqırım aktı kimi qəbul edib.