"East Residence" MMC cərimələnib.
Pravda.az-ın xəbərinə görə, qərar Nərimanov Rayon Məhkəməsində hakim Gültəkin Əsədovanın sədrliyi ilə keçirilən iclasda qəbul olunub.
Xatırlatma: Protokol müvafiq qurum tərəfindən İnzibati Xətalar Məcəlləsinin 253-1.4-cü (Şəhərlərdə və digər yaşayış məntəqələrində yerləşən yaşıllıqların məhv edilməsinin və yaşıllıq ərazilərində qanuna zidd digər hərəkətlərin qarşısının alınmamasına, yaxud qanunla müəyyən edilən mühafizə tədbirlərinin görülməməsinə görə vəzifəli şəxslər min manat miqdarında, hüquqi şəxslər üç min manat miqdarında cərimə edilir) maddəsinə əsasən tərtib olunub.
Qeyd: Ötən il Nərimanovda əhalinin əmlakını məhv etməkdə təqsirləndirilən “EAST Residence” MTK rəhbəri Əli Məmmədov həbs edilib.
Xəyal Quliyev