Bu gün 2026-cı il dünya çempionatının seçmə mərhələsinin püşkü atılacaq.
"Football-plus.az" xəbər verir ki, tədbirdə Azərbaycan nümayəndələri də iştirak edəcəklər. Mərasimə millimizin baş məşqçisi Fernando Santuş, AFFA-nın icraçı vitse-prezidentinin müşaviri Orxan Əhmədov və A millinin direktoru İlqar Qurbanov qatılacaqlar.
Püşkatma mərasimi Bakı vaxtı ilə saat 15.00-da başlayacaq.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta