AZ

“Mərəzə yolçusu” sözü necə yaranıb? - Alim

Azərbaycanda elə ifadələr var ki, anlamı və yaranma tarixinə baxımından təhqir kimi qəbul edilir. Məsəl üçün “Mərəzə yolçusu”, yaxud “Mərəzə dilənçisi” ifadəsi. Çoxları bu sözün guya orda yaşayan qaraçılara görə yarandığını qeyd edirlər. İddia edirlər ki, guya burda vaxtilə rus-malakanlar, yaxud qaraçıların bir tayfası yaşayıb və onlar burda yolüstündə diləniblər deyə, belə ifadə ortaya çıxıb.
Kult.az xəbər verir ki, bu sözləri tarixçi alim, dosent Zaur Əliyev jurnalist Aygün Muradxanlının polisləri tənqid edərkən “Mərəzə yolçusu kimi” ifadəsini işlətməsi ətrafında gedən müzakirələrə toxunarkən qeyd edib. Alim bildirib ki, bu ifadəni 1918-ci ildə ermənilər ortaya atıb və məqsəd də qəhrəman Mərəzə camaatını aşağılamaq olub: “Həmin ilin (1918-ci ilin) mart ayında, Şamaxı və Qubada əhalinin soyqırıma məruz qaldığı günlərdə 26 Bakı komissarının rəhbəri və erməni daşnakların başçısı Stepan Şaumyan Mərəzədə bir dəstə adamla gizlənirmiş və qırğınları burdan idarə edirmiş. Mərəzə camaatı görəndə ki, ermənilər atlarla tez-tez bura gəlib, bir evə girir, sonra Şamaxıya gedirlər, yığışıb həmin evdən başda Şaumyan olmaqla, bütün erməniləri qovurlar: əllərində balta, yaba, dırmıxla silahlı erməniləri qovan yerlilər itki də verirlər. Sonra mərəzəlilər (qobustanlılar – red.) Quba-Şamaxıdan qayıdan erməni-rus dəstələrinə ağır zərbə vururlar və onları indki Xırdalan ərazisinə qədər qovurlar. Bu hadisədən sonra ermənilər mərəzəlilər haqda “dilənçi, yolçu” ifadəsini təhqir kimi işlədiblər, çünki onların planlarını burda yerli əhali pozub, onlara ən ağır zərbə Mərəzə yolunda vurulub. Mərəzə (Qobustan – red.) dünyada yeganə yerdir ki, burada 72 müqəddəs məkan - dini obyekt var. Hətta rus-türk müharibəsi zamanı belə ifadə var idi: “Osmanlıya gələn bəla Mərəzəyə getsin!” Bunu ona görə deyirdilər ki, Mərəzənin 72 övliyası, Diri Babası var. Bütün dərd-bəlanı sovuşduracaq.

Elə ifadələr var ki, onu işlədəndə yaranma tarixini bilmək lazımdır”.

Seçilən
1
3
buta.tv

4Mənbələr