AZ

Blinken Ankarada Fidanla görüşdü- Nələr müzakirə olundu?

Türkiyənin xarici işlər naziri Hakan Fidan ABŞ dövlət katibi Entoni Blinkenlə görüşüb.

Azpost.info xəbər verir ki, tərəflər Suriya münaqişəsininin həlli və bərpası prosesində Türkiyə, ABŞ və region dövlətlərinin rolunu müzakirə ediblər.

Fidan bunu Blinkenlə danışıqlardan sonra Ankarada jurnalistlərə bildirib.

“Suriya və Qəzzanı, Suriyada ölkənin birliyi, bütövlüyü, həmrəyliyi və suverenliyi üçün nə edə biləcəyimizi müzakirə etdik. Bu məsələdə Türkiyənin, ABŞ-ın və regional oyunçuların rolunun necə ola biləcəyini, necə əməkdaşlıq etməli olduğumuzu ətraflı danışdıq. Bu bizim prioritetlərimiz sırasındadır. Xüsusilə Suriyada sabitliyin tezliklə təmin edilməsi… Biz terrorun Suriyada yer almasına, İŞİD və PKK-nın orada üstünlük təşkil etməsinə imkan verməməliyik”, – Fidan deyib.

Azpost.info

 

Seçilən
31
azpost.info

1Mənbələr