AZ

Fidanla Blinkenin maraqlı görüşü: Canlı yayımda vida etdi

Türkiyə xarici işlər naziri Hakan Fidan ABŞ-nin dövlət katibi Entoni Blinkenlə görüşüb. 

İkitərəfli görüşdən sonra kameralar qarşısına keçərkən nazir Fidanın canlı yayımda amerikalı həmkarı ilə vidalaşması diqqətdən yayınmayıb.

“Cebheinfo.az” xəbər verir ki, ABŞ dövlət katibi Blinken dünən axşam Prezident Ərdoğanla görüşündən sonra bu gün həmkarı Hakan Fidanla görüşüb. 

Görüşdən sonra kameralar qarşısına keçən rəsmilər aktual məsələlərlə bağlı mesajlar verib. Nazir Fidanın çıxışının sonunda Blinkeni "Bu, onun səlahiyyət müddətində son səfəri olacaq. Ona gələcək həyatında uğurlar arzulayıram",- deyərək onu yola salması diqqət çəkib.

Bu, onların əvvəlki görüşünü xatırladıb. Belə ki, onu qucaqlamağa çalışan ABŞ dövlət katibi Blinkenin bu hərəkətini nazir Fidan məharətli əl jesti ilə rədd etmişdi. Bu görüntü uzun müddətdir ki, müzakirə edilirdi. 

Donald Tramp 2025-ci il yanvarın 20-də vəzifəyə gəldikdən sonra Blinken vəzifəsini təhvil verəcək. 

O, “Mən bu gün təkcə ABŞ dövlət katibi kimi deyil, həm də yəhudi kimi buradayam”.

Seçilən
34
cebheinfo.az

1Mənbələr