AZ

Psixoloq: "Qonşuluq münasibətləri əvvəlki kimi deyil, çünki..."

"Təəssüf ki, artıq qonşuluq münasibətləri əvvəlki kimi deyil".

Bu sözləri psixoloq Nabat Mirzəyeva Hit.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, artıq insanlar bir-birinə əvvəlki kimi etibar etmirlər:
"İnsanlar bir-birlərinə çox inanmırlar. Sanki kimsə bir başqasına dözə bilmir. Bu isə qonşuluq münasibətlərinə də birbaşa təsir göstərir. Əvvəllər qonşular birlikdə saatlarla zaman keçirər, çay içər və yemək yeyərdilər". 

364150

Psixoloq qeyd edib ki, telefonla əlaqələrin sürətlənməsi də qonşuluq əlaqələrinə təsir göstərir:
"Yəni istənilən şəxsə harada olmağından asılı olmayaraq, zəng etmək mümkündür. Beləliklə, kommunikasiyaların güclənməsi real ünsiyyətlərin azalmasına gətirib çıxarır. Əvvəlki dövrlərdə insanlar daha çox ünsiyyətcil idilər. 

O zamanlarda qonşular bir-birlərinin evlərinə qonaq gedirdilər. Hətta kiminsə evində hansısa ərzağa ehtiyac olanda qonşudan istəyirdilər. Son zamanlarda isə kommunikasiya o qədər inkişaf edib ki, artıq real ünsiyyətə girməyə cəhd etmirik".

Ekspertin fikrincə, bəzi insanlar qonşularına belə etibar etmirlər:
"İnsanlarla ünsiyyətin azalması qonşuluq münasibətlərinə də ciddi təsir edir. Ətrafımız insanlarla doludur, lakin ünsiyyətimiz get-gedə azalır. Əvvəllər qonşu qadınlar həyətdə yığışıb oturar, samovar qaynadardılar. İndi isə çox az sayda qadın məhəlləyə çıxır. 

Üstəlik, keçmiş zamanlarda qohumlar və dostlarımızla belə rahat ünsiyyət qura bilmədiyimiz üçün qonşulara gedib-gəlirdik. İndi isə evdə oturub hər kəslə çox rahatlıqla səsli və ya görüntülü danışmaq mümkündür. Bu da istər-istəməz qonşuluq və insani münasibətlərə təsir edir".

Pərviz

phrase_var_article.chosen
19
hit.az

1phrase_var_article.sources