AZ

"Google" Rusiya ilə bağlı sərt qərar verib



"Google Play" şirkəti Rusiyadan gələn proqramlar üçün pul qazanmağı qadağan edəcək.

Reyting.az
"Habr" nəşrinə istinadla bildirir ki, "Google Play" dekabrın 26-dan etibarən Rusiya Federasiyasında bank hesabı olan bütün proqram tərtibatçılarına ödənişləri qeyri-müəyyən müddətə dayandıracaq. Bununla bağlı "Android" proqram mağazası rus satıcılarına müvafiq bildiriş göndərib.

Bildiriş məktubunda deyilir:

"2024-cü ildən, 26 dekabr tarixindən biz, siz istifadəçilərin ödənişli tətbiqlərinizi almaq, tətbiqdaxili alışlar etmək (həm də yeni abunəliklər daxil olmaqla) və eləcə də "Google Play" ödənişlərindən istifadəni, bütün abunəlikləri yeniləmək cəhdlərini rədd edəcəyik.".

"Google Play" şirkəti yanvar ayının 15-dək əvvəllər edilən alışlar üçün Rusiyanın bank proqram tərtibatçıları ilə hesablaşmaları tamamilə başa çatdırmaq planlarının olduğunu bildirib.

Xatırladaq ki, Rusiya qoşunlarının Ukrayna ərazisinə genişmiqyaslı hücumundan qısa müddət sonra "Google" Rusiyada reklamı dayandırdı. Daha sonra isə, bu şirkət rus istifadəçiləri üçün "YouTube" baxışlarından gəlir əldə etməyə qadağa qoydu.

Oqtay QORÇU
Seçilən
6
reyting.az

1Mənbələr