AZ

Milli Məclisin sədr müavini “Şirməmməd Hüseynov mükafatı”nın qalibi olub

Milli Məclisin sədr müavini Rafael Hüseynov “Şirməmməd Hüseynov mükafatı”nın qalibi olub.

"Operativ Məlumat Mərkəzi-OMM"-in məlumatına görə, bu barədə Parlament Jurnalistləri Birliyinin (PJB) nəzdində yaradılmış “Şirməmməd Hüseynov mükafatı”nın Ekspert Komissiyasının sədri Alim Hüseynli bildirib.

A.Hüseynli deyib ki, Rafael Hüseynov milli ziyalı olaraq hər zaman Azərbaycan dövlətinə xidmət edib.

“Ümumilikdə Komissiya üzvləri tərəfindən 8 namizəd irəli sürülüb. Komissiya üzvlərinin yekdil fikri ilə azərbaycanlı ədəbiyyatşünas, ictimai xadim, yazıçı, publisist, tərcüməçi, mətnşünas, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru, Filologiya elmləri doktoru, Professor, AMEA-nın həqiqi üzvü, millət vəkili, Milli Məclisin sədr müavini Rafael Hüseynov qalib elan olundu”, - komissiyanın sədri qeyd edib.

A.Hüseynli deyib ki, Rafael Hüseynov həm jurnalist, yazıçı, alim, həm də deputat kimi hər zaman örnək olub, daim milliliyi təbliğ edib:

“O, ayrı-ayrı ölkələrdə, beynəlxalq təşkilatlarda da hər zaman Azərbaycan məsələsini diqqətdə saxlayıb. Məhz buna görə, o “Şirməmməd Hüseynov” mükafatına layiq görülüb”.

Qeyd edək ki, “Şirməmməd Hüseynov mükafatı” ilə bağlı qərar Parlament Jurnalistləri Birliyinin İdarə Heyəti tərəfindən 12 noyabr 2019-cu il tarixində qəbul edilib.

Xatırladaq ki, 2020-ci ildə “Şirməmməd Hüseynov mükafatı”nın qalibi diplomat, araşdımaçı alim, diaspor fəalı, mərhum Ramiz Abutalıbov, 2021-ci ildə Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva, 2022-ci ildə isə Azərbaycanın Bosniya və Herseqovinada fövqəladə və səlahiyyətli səfiri Vilayət Quliyev, 2023-cü ildə isə Azərbaycan Xalq Cümhuriyyətinin qurucusu Məhəmməd Əmin Rəsulzadənin nəvəsi, Əməkdar rəssam, Azərbaycan Prezidentinin fərdi təqaüdçüsü Rais Rəsulzadə olub.

Seçilən
1
23
operativmm.az

10Mənbələr